Deputatdan qiymət artımı ilə bağlı sərt tənqid: “Şəxsi büdcəyə vəsait qazandırmaqdan ibarətdir”
    • 31-07-2018, 13:40
    • 958

Deputatdan qiymət artımı ilə bağlı sərt tənqid: “Şəxsi büdcəyə vəsait qazandırmaqdan ibarətdir”

“Qiymət artımı o vaxt olur ki əhalinin gəlir səviyyəsi yüksəlir. Azərbaycan neft-qaz ölkəsidir. Və bizim kifayət qədər potensialımız var ki, əhalini daha aşağı qiymətlə nəqliyyat daşınmasına cəlb edə bilək və bu sahədə xidmət göstərə bilək”.
Bunu  Milli Məclisin deputatı Fazil Mustafa Tarif (qiymət) Şurasının ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə qiymət artımına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, açığı qiymət artımını izahını vermək çətindir:

“Qiymət artımı kəsə yoldur. Daha rahat fəaliyyət qiymət artırmaqdır, başqa alternativi görmürlər və ya görməzdən gəlirlər. Kifayət qədər alternativlər var ki, əhalinin aztəminatlı hissəsinin zərər vura biləcək bu çür qiymət artımlarına gedilməməlidir. Bu artımdan əhalinin yoxsul və aztəminatlı hissəsi xeyli əziyyətlər çəkəcək və problemlər yaşayacaq. Ümid edək ki hökumət vaxtında vətəndaşın durumunu anlayaraq, müəyyən addımlar atmağa çalışacaq. Çünki bu gedişat əhalinin həmin hissəsinin ciddi sıxınt yaşamasına səbəb olacaq”.

Fazil Mustafa bildirib ki, ictimai nəqliyyatda xidmətin yaxşılaşdırılmasını gözləmək mümkün deyil: “Çünki bu sahə daha çox qabiliyyətsiz adamlara tapşırılıbdı. Və onların ictimai nəqliyyatda vətəndaşın marağını nəzərə alaraq addımlar atması mümkünsüzdür. Bu baxımdan da bu problemlər yaşanır və bundan sonra da yaşanacaq. Keyfiyyət yaxın gələcəkdə qaydaya düşməyəcək. Düşüncə vətəndaşa göstərilən xidmətin yaxşılaşdırılması deyil, şəxsi büdcəyə vəsait qazandırmaqdan ibarətdir”.

Bizimyol.info