İrandan Ermənistana BÖYÜK JEST - Gömrük rüsumlarını ləğv edir
    • 23-10-2023, 01:30
    • 753

İrandan Ermənistana BÖYÜK JEST - Gömrük rüsumlarını ləğv edir

Yaxın vaxtlarda İran Rusiya, Ermənistan və Belarusla ticarət əməliyyatlarında milli valyutaya keçəcək və bu ölkələrdən malların idxalı üçün gömrük sərhədləri tamamilə açıq olacaq.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya-İran Birgə Ticarət və Sənaye Palatasının üzvü Kambiz Mirkazımi deyib.

Onun sözlərinə görə, İran və Rusiya hər iki ölkədən malların idxalına görə gömrük rüsumlarının ləğvi barədə razılığa gəliblər.

“İran və Rusiya arasında gömrük rüsumları ilin sonuna kimi ləğv ediləcək”.