Rusiya və İran turist vizalarının ləğvi barədə razılığa gəlib
    • 29-11-2018, 23:30
    • 737

Rusiya və İran turist vizalarının ləğvi barədə razılığa gəlib

Rusiya və İran turist vizalarını ləğv etməyi düşünür.

Bu barədə İranın energetika naziri və Rusiya-İran Hökumətlərarası Komissiyasının həmsədri Reza Ardakanian bildirib.
"Turizmə gəldikdə, vizaların ləğvi barədə razılığımız var, bu məsələyə dair imzalanmış sənədlər yalnız icraedici reqlamentə ehtiyac duyur. Qarşıdakı bir-iki ay ərzində bu reqlamenti hazırlamaq niyyətindəyik", - nazir deyib.