Bakıda restoran yanıb
    • 2-10-2023, 08:55
    • 83

Bakıda restoran yanıb

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları 120 m² sahədə və mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yüksək temperaturdan köməkçi otağın lambirdən ibarət tavanı 7 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.