Bakıda yanğın olub, 2 nəfər xəsarət alıb
    • 26-03-2023, 14:25
    • 217

Bakıda yanğın olub, 2 nəfər xəsarət alıb

Bakı şəhərinin Qaradağ rayonunda bir dam altında tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaqlı evin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 10 m² sahədə, içərisində ümumi sahəsi 45 m² olan qazanxananın yanar konstruksiyaları və binanın dam örtüyü 80 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, yüksək temperaturdan 1 otağın lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.