Bu şəxslər də orduya ÇAĞRILACAQ
    • 23-10-2023, 11:06
    • 278

Bu şəxslər də orduya ÇAĞRILACAQ

Gürcüstan Parlamenti yeni Müdafiə Məcəlləsi lahiyəsini qəbul edib. 

News24.az xəbər verir ki, yeni sənəd Gürcüstanın bütün müdafiə sahələrinə aiddir.

Qeyd edək ki, sənəddə çağırışçıların Milli Hərbi Xidməti yeni qaydada təsis edilib. Sənədə əsasən, çağırışçılar 6, 8 və 11 aylıq həqiqi hərbi xidmətə cəlb olunacaqlar. Onlar Müdafiə Nazirliyində hərbi xidmət keçməyə hərtərəfli hazırlanacaqlar.

Qanun layihəsinə əsasən, pravoslav din xadimləri istisna olmaqla, bütün digər dini qurumların nümayəndələri məcburi hərbi xidmətə çağırılacaq.

Bundan əlavə, “Qirçi” siyasi  partiyasının təsis etdiyi “İncil azadlığı”nın tərəfdarlarıda hərbi xidmətdən yayına bilməyəcəklər.

Aynurə