Arda Gülər:
    • 30-04-2024, 16:21
    • 300

Arda Gülər: "Allaha həvalə edirəm"

Real Madridlə ilk 11-likdə Real Sosyedadla matça başlayan Arda Gülər 29-cu dəqiqədə rəqib qapısına qol vuraraq qol sevincini yaşayıb.

News24.az xəbər verir ki, gənc ulduz eyni qolu “Selta Viqo”ya rəqib qapısına vuranda da qeyd edib.

Milli futbolçu Candaş Tolqa Işıkla müsahibəsində qol sevincinin mənasını açıqlayıb.

Arda Gülərdən qol bayramının mənasını soruşduqda, "Qol sevincimin mənası təvəkkülə əsaslanır. İnanıram ki, hər şey Allahdandır. Çox çalışıram, gerisini Allaha həvalə edirəm" -deyə cavab verdi.

Qeyd edək ki, Real Madridin heyətində 8 matçda 166 dəqiqə meydanda olan gənc ulduz bu matçlarda 2 qolun dadını çıxarıb.

Günel Məlikzadə