-
- 23-10-2023, 11:38
- 331
Sakinlərin NƏZƏRİNƏ! Bunu etməsəniz, cərimə olunacaqsınız
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli Qərarı ilə təsdiq olunmuş "İstilik enerjisindən istifadə qaydaları"nın 1.4-cü bəndinə əsasən istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilməlidir. Bununla əlaqadar olaraq "Azəristiliktəchizat" ASC-nin əməkdaşları əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb.
News24.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat" ASC-dən bildirilib.
Qeyd edək ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumatlar verilib, bütün binaların girişlərinə elanlar vurulub. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.
Əlavə məlumat üçün istehlakçılar "Azəristiliktəchizat" ASC-nin (012) 956 qısa nömrəli "qaynar xətti" ilə əlaqə saxlaya bilərlər.