Keçmiş arvadını öldürüb küçəyə atan şəxsə 18 il CƏZA VERİLDİ
    • 23-10-2023, 11:57
    • 188

Keçmiş arvadını öldürüb küçəyə atan şəxsə 18 il CƏZA VERİLDİ

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Yusif Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

News24.az-ın məlumatına görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə tyəqsirləndirilən şəxəs hökm oxunub. 

Məhkəmənin hökmü ilə Y. Verdiyev 18 il 2 ay azadlıqdan məhrum ediloib.

İttihama görə. hadisə Astara rayonunun Maşxan kəndində baş verib. Kənd ərazisində  üzərində xəsarətlər olan qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub.

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1993-cü il təvəllüdlü Gülşən Qəhrəmanova olması müəyyən edilib.

Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1993-cü il təvəllüdlü Yusif Verdiyev saxlanılıb.

Samir Əli