"İsrail bu halda müharibəni bitirəcək"
    • 23-10-2023, 15:51
    • 141

"İsrail bu halda müharibəni bitirəcək"

"HƏMAS qeyd-şərtsiz təslim olarsa, İsrail ordusu müharibəni bitirəcək".

News24.az  xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus məlumat verib.

“HƏMAS dinc israillilərin altında gizləndiyi yerlərdən çıxsa, 212 girovlarımızın hamısını geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitəcək”, - sözçü deyib.

Ayrıca, Konrikus Qəzzaya quru hücumunun niyə gecikdiyini açıqlamayıb, əvəzində İsrail qüvvələrinin HƏMAS-ı tamamilə məhv edəcəyini bildirib.

Ayşən