-
- 23-10-2023, 17:23
- 267
Qız üstə qətl törətdi - MƏHKƏMƏ İŞİ
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fərid Əhmədlinin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
News24.az-ın məlumatına görə, hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə 8 il 3 ay cəza istəyib.
İttihama görə, ötən il dekabrın 18-i saat 23 radələrində paytaxtın Xətai rayonu ərazisində 2004-cü il təvəllüdlü Nemət Həsənovun öldürülməsi faktı ilə bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlkin istintaqla 2005-ci il təvəllüdlü Fərid Əhmədlinin rayonun NZS qəsəbəsi ərazisində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmyaşıdı Orxan Hüseynova bıçaqla xəsarət yetirməsinə, onu dayandırmağa çalışan Xalid Nəbiyev və Nemət Həsənova xəsarətlər yetirməsinə əsaslı şübhəli müəyyən edilib.
Göstərilən tibbi müdaxilələrə baxmayaraq, Nemət Həsənov yerləşdirildiyi xəstəxanada ölüb.
Fərid Əhmədli şübhəli şəxs qismində tutulub.
Məlumata görə, hadisə qız üstündə baş verib.
Samir Əli