-
- 23-10-2023, 17:28
- 188
Çində dərman şirkətləri nəsli kəsilməkdə olan heyvan növlərindən İSTİFADƏ ETDİLƏR
Çində dərman istehsalçısı olan 3 şirkətin öz məhsullarında nəsli kəsilməkdə olan heyvan hissələrindən istifadə etdiyi iddia edilib.
News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.
Bu üç şirkət, qeyri-kommersiya təşkilatının (QHT) 88-dən çox ənənəvi Çin təbabəti məhsulunun tərkib hissəsi kimi nəsli kəsilməkdə olan bəbir və panqolinlərin bədən hissələrini istifadə etdiyini iddia edilən 72 şirkətdən ibarət siyahı arasındadır.
Ənənəvi Çin təbabəti məhsulları inqrediyent kimi müxtəlif heyvan hissələrinin istifadəsi ilə tanınır və istehsalçılar bu maddələrin effektivliyini vurğulamaq üçün onları tez-tez məhsul qablaşdırmasında qeyd edirlər.
Həmin şirkətlər məsələ ilə bağlı açıqlama verməkdən çəkinib.
Ülkər Abdurahmanlı