Alimlər süni intellekt texnologiyası sayəsində delfinləri dinləyiblər
    • 28-07-2023, 14:46
    • 167

Alimlər süni intellekt texnologiyası sayəsində delfinləri dinləyiblər

Alimlər süni intellektdən istifadə edərək nəsli kəsilmək təhlükəsi ilə üzləşən mənsəb və çəhrayı çay delfinlərinin səslərini dinləyiblər.

News24.az xəbər verir ki, Kataloniya Texniki Universiteti və Mamiraua Davamlı İnkişaf İnstitutu bu barədə araşdırma edib.

Tədqiqatçılar nəsli kəsilməkdə olan iki delfin növünün hərəkətlərini izləmək məqsədilə süni neyron şəbəkəsinə məlumatlar yükləyiblər.
Onlar estuar delfinlərinin populyasiyasının hər 9 ildən bir 50 faiz, çəhrayı çay delfinlərinin populyasiyasının isə 10 ildən bir yüzdə 50 azaldığını bildiriblər.