Koronavirusu ənənəvi təbabətlə müalicə etmək mümkündür -TƏSDİQLƏNDİ
    • 9-03-2020, 20:31
    • 700

Koronavirusu ənənəvi təbabətlə müalicə etmək mümkündür -TƏSDİQLƏNDİ

COVID-19-la təsdiqlənmiş yoluxma hallarının 85 faizindən çoxu Çində qeydə alınıb. Odur ki, adi dərman preparatları ilə yanaşı, demək olar ki, xəstəxanalara yerləşdirilmiş bütün xəstələrə ənənəvi Çin təbabəti dərmanları təyin edilib.


News24.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.


Çinin Elm və Texnologiya Nazirliyinin məlumatına görə, COVID-19 infeksiyası təsdiqlənmiş 60 min xəstəyə Çinin ənənəvi təbabət üsulları tətbiq olunub.

Nəşr qeyd edir ki, sadəcə, “adi” tibbi vasitələri qəbul edənlərlə müqayisədə, hər iki müalicə üsulundan istifadə olunan xəstələrin müalicəsi daha uğurlu olub. Məsələn, Hançjou şəhərində ağır vəziyyətdə xəstəxanaya çatdırılan 88 yaşlı xəstə məhz bu üsulla müalicə edilib.


Çinin ənənəvi təbabət üsulları ilə müalicə Hançjounun Səkkizinci Xalq Xəstəxanasında hazırlanıb.