Gədəbəydə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
    • 27-03-2019, 18:05
    • 697

Gədəbəydə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satışlar mart ayının 28-də Gədəbəy rayonun Saratovka kəndinin inzibati ərazi nümayəndələyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün, +994050 378-03-30 (Asəf Nağıyev Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) nömrəsi ilə əlaqə saxlaya bilərlər.