"İsraillə uzunmüddətli...” -  HƏMAS qruplaşmasının nümayəndəsi
    • 10-10-2023, 13:23
    • 336

"İsraillə uzunmüddətli...” - HƏMAS qruplaşmasının nümayəndəsi

İsrailə hücum bir ildən artıqdır ki, hazırlanır. 

News24.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS qruplaşmasının nümayəndəsi Əli Barake Associated Press agentliyinə açıqlamasında deyib.

O qeyd edib ki, hücumun hazırlanmasında HƏMAS-ın 6 yüksək rütbəli komandiri iştirak edib. Əli Barake İran İsrailə hücum planında iştirak etməyib.

"İran və Hizbullah keçmişdə HƏMAS-a yardım edib, lakin 2014-cü ildən bu qrup öz raketlərini istehsal edir.Hücumun məqsədi ABŞ-ın Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq səylərini pozmaq olub. Hücuma səbəb İsrail hökumətinin son bir ildə həyata keçirdiyi bir sıra tədbirlərdir. Burada söhbət Qüds ziyarətgahlarına təxribat xarakterli səfərlərdən və İsraildə fələstinli məhbuslara təzyiqin gücləndirilməsindən gedir. Bundan başqa, Təl-Əvivin hərəkatın rəhbərliyini aradan götürmək planları var. Qəzza zolağındakı 40 min yaraqlıdan təxminən 2 mini hərbi əməliyyatlarda iştirak edib. Ümid edirik ki, hərəkat uğursuz olarsa, müttəfiqlər kömək edəcəklər. HƏMAS İsraillə uzunmüddətli müharibə ssenarisinə hazırdır”, - deyə Barake bildirib.

Aynurə