"İranın xəbəri olmayıb" - ABŞ KƏŞFİYYATINDAN ŞOK AÇIQLAMA
    • 12-10-2023, 18:26
    • 145

"İranın xəbəri olmayıb" - ABŞ KƏŞFİYYATINDAN ŞOK AÇIQLAMA

 "HƏMAS-ın İsrailə hücumu barədə İranın xəbəri olmayıb. Bu barədə ABŞ məlumat alıb". 

News24.az  xəbər verir ki, bu barədə “Nyu-York Times” qəzeti məlumat yayıb.

Nəşr bu barədə ABŞ kəşfiyyatına istinadla bildirib.

Nəşrin iddiasına görə, hücum İran hakimiyyəti üçün sürpriz olub.

“Sözügedən məlumat İranın İsrailə hücumun planlaşdırılmasında bilavasitə əli olduğuna dair şübhələri daha da artırsa da, belə bir sübut tapılmayıb. Kəşfiyyat İranın mümkün iştirakı ilə bağlı araşdırmaları davam etdirir”, - qəzet yazıb.

Nəşr yazıda onu da  qeyd edir ki, İran uzun illər HƏMAS-a böyük həcmdə silah tədarük edib.

Ayşən