-
- 24-10-2023, 11:03
- 860
"Təcili yardım maşınını güllələyib xəstəni öldürdülər" - Zərərçəkmiş
Xaçatryanı Meşəli hadisələrində səhər saat 7-də gördüm. Biz elə bildik ki, Badara kəndi hamısı tökülüb gəlir.
News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə prosesində zərərçəkmiş Alış Alışov deyib.
O bildirib ki, Vaqif Xaçaturyan, Armais, Qurgen Xaçaturyan və digər ermənilər rəhmətlik Qəniməti başından balta ilə vurdular: "Vaqif və qardaşı Qəniməti balta ilə öldürəndən sonra onu güllələdi. Ermənilərin hamısını qırsalar da, heyfimi çıxa bilməz. Onlar məni o qədər yanıdırblar. Qəniməti Sadayın qapısında öldürdülər. Bütün Badara orda idi, Xaçatryanın başında gəlmişdilər. 78 yaşlı anamı snayperlə vurub öldürdülər".
Zərərçəkmiş bildirib ki, səhər saat 7-də ermənilər Alazan raketi ilə kəndi vurublar: "Təcili yardım maşınını güllələyib xəstəni öldürdülər. Dekabrın 23-də səhər saatlarında güllə yağışına tutdular bizi. Tək bir çıxış yolumuz qalmışdı, kəndin 3 çıxışını bağlamışdılar. Günorta saat 1-ə qədər atəşə tutdular. 25 nəfər şəhid oldu. Şəhidlərin əksətiyyətinin meyitini yandırdılar. Bu cür dəhşətli faciəni mən tarixdə görməmişəm. Qənimətin evində 5 nəfəri öldürdülər. Möhtərəm hakim, sizdən xahiş edirəm, Vaqif Xaçatryana ən ağır cəza verilsin. Beynəlxalq qurumlara baxmayın, nə deyirlər desinlər. Bunlar ən ağır işgəncə veriblər, dəhşət yaşadıblar".
Samir Əli