-
- 18-10-2023, 11:20
- 280
Qardaşımı pulemyotla vurdular - Zərərçəkmiş
Vaqif Xaçaturyan və qardaşı Qurgen bizim evimizin qonağı olduğu halda qardaşımı qətlə yetirib.
News24.az-ın məlumatına görə, Yasamal rayon məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Şamil Kazımov deyib. O bildirib ki, polis qardaşını ermənilər mühasirəyə salıb qətlə yetirib:
"Qardaşım yaralı idi, dedi ki, Xaçaturyan və Armais məni aldadıb mühasirəyə salıb maşınımı güllələdilər. Onlar bizim kəndi qarış-qarış tanıyırdılar. Bunlar hamısı bizim evdə bizim çörəyimizi yeyib. Axırda bizə qənim kəsilib. Badaradan olan, bizim evdə çörək kəsən 50-60 erməni şərəfsiz Müşəliyə hücum etdi. Qardaşımı pulemyotla vurmuşdular. Bunlar gecə saat 4-də kino gətirib göstərirdilər, milləti inandırırdılar ki, türklər onları qırıb. O kinonu isə özləri çəkirdilər. Bunlar belə şərəfsizdirlər. Qardaşımla çörək kəsə-kəsə onu qətlə yetirən şərəfsizdirlər".
Samir Əli