"Ay erməni, tülkülükdən əl çək"
    • 18-10-2023, 11:04
    • 339

"Ay erməni, tülkülükdən əl çək"

Xaçatryan, şərəfsizsən, amma düzünü danış. Onsuz da siz şərəfsizsiniz. 

News24.az-ın məlumatına görə, Yasamal rayon məhkəməsində Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesində zərərçəkmiş Mikayıl Nurməmmədov deyib. 

O bildirib ki, Vaqif Xaçaturyan və Badara sakinləri kəndə qəfil hücum edib: "Ay erməni, tülkülükdən əl çək. Yalanı bir az inandırıcı danış Vaqif. Meşəliyə hücum edənlər sırf Badara kəndinin sakinləri idi. Moskvanın o vaxt etdiyi məlumata görə, guya onlardan da 100-dən çox itkisi olub. Amma yalandır. Bizim 25 şəhidimiz, 14 yaralımız oldu. Xocalı və OMON-çular bizə köməyə gəlməsəydi, hamımızı yandıracaqdılar. Ailəmizin 9 üzvü şəhid olub. Şəhidlərimizin əksəriyyətini yandırıb külünü göndərdilər. Vaqif deyir ki, o orda olmayıb. Bəs 25 nəfərimizi kim şəhid edib?". 

Samir Əli