Anamı və bacımı qətlə yetirdilər - Zərəçəkmiş
    • 24-10-2023, 11:13
    • 127

Anamı və bacımı qətlə yetirdilər - Zərəçəkmiş

Badara sakinləri olan ermənilər həmişə azərbaycanlılardan qorxub.

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə  prosesində zərərçəkmiş Alış Alışov deyib. 

O bildirib ki, ona görə də ermənilər əvvəlcə Meşəli kəndini Alazanla vurub: "Erməni həmişə qorxaq olub. Ona görə də onlar avroçanət və pulemyotla silahlanıb bizə hücum etdilər. Hadisədən əvvəl isə Meşəli kəndində kimdə ov tüfəngi var idisə yığdılar. Sonra bizə silahlı hücum etdilər. Anam Sürayə Mahmudovanın, bacım Rubanı qətlə yetirdilər, məni ayağımdan yaraladılar. Bizim evimizi də yandırdılar. Sonra bizə kömək gəldi, bunları çıxardıq. Axşam 7-yə qədər kənddə qaldım. Anamın 40 mərasimi günü Meşəli kəndinə yenidən od vurub yandırdılar".

Samir Əli