Azərbaycan Qarabağdan çıxan ermənilərə təzminat ödəyəcək?
    • 24-10-2023, 11:14
    • 895

Azərbaycan Qarabağdan çıxan ermənilərə təzminat ödəyəcək?

"Təzminatı Azərbayan yox, Ermənistan verməlidir". 

News24.az xəbər verir ki, bunu Milli Məclisin oktyabr 24-də keçirilən iclası zamanı millət vəkili Ceyhun Məmmədov deyib.

Ermənilər özləri də dəfələrlə qeyd edib ki, onları Qarabağdan çıxmağa təhrik etdilər. Avropa və Fransa erməniləri təhrik edib. Bu gün Azərbaycanı günahlandırmaq haqları yoxdur. Ermənilər Qarabağ ərazisində olan mədəni irsi dağıdıb. Biz artıq bu yerlərin əsl sahibi olaraq öz tarixi və mədəni irsimizi qoruyacağıq. Ermənilər bizim dini abidələri, tarixi abidələri dağıdıb, yaxud xaricə daşıyıblarlar. Görünür, bu da yalançı xristin təəssübkeşliyi ilə bağlı məsələsdir. Bu gün Qarabağda olan alban kilsələrinin onlara aidliyi yoxdur. Hər biri alban kilsəsidir. Həmin abidələrin həqiqi varisləri kimi onları qorumalıyıq. Təzminat məsələsinə gəldikdə isə təzminatı  Azərbayan yox, ermənilər verməlidir.

Qeyd edək ki, Milli Məclisin gündəliyinə 16 məsələ daxil edilib.

Qumral Əliyeva