"Çox şərəfsiz adamsan, Vaqif" - Zərərçəkmiş
    • 24-10-2023, 11:32
    • 548

"Çox şərəfsiz adamsan, Vaqif" - Zərərçəkmiş

Evimizdə çörək yeyib bizə qənim kəsildiniz.

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyana zərərçəkmiş Ziba Mehralıyeva deyib.

O bildirib ki, Vaqif Xaçaturyan və qardaşı Qürgen Xaçaturyan onlarla ailəvi gediş-gəlişi olub: 

"Siz ömrü boyu bizim çörəyimizi yemisiniz. Evimdə illərlə çörək kəsib sonra bizi qırdınız. Çox şərəfsiz adamsan, Vaqif. Baxma gözümə, səndən zəhləm gedir. Sənə verdiyim çörək gözündən gəlsin. Haramınız olsun bizdə yediyin çörək". 

Samir Əli