Sən nə qədər həyasız adamsan Vaqif? - Zərərçəkmiş
    • 24-10-2023, 11:24
    • 235

Sən nə qədər həyasız adamsan Vaqif? - Zərərçəkmiş

Meşəli qətliamı törədiləndə 14 yaşım var idi.

News24.az-ın məlumatına görə, bunu Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə təqsirləndirilən erməni dilli Vaqif Xaçatryanın barəsində olan cinayət işi üzrə keçirilən məhkəmə  prosesində zərərçəkmiş Teymur Salmanov deyib. O bildirib ki, Meşəli hadisəsində ömürlük şikəst qalıb: "Səhər tezdən kəndi atəşə tutdular. Mənə işgəncə verdi Vaqif, ayağımdan güllələdi. Hələ də şikəst qalmışam". 

Zərərçəkmiş prosesdə Vaqif Xaçatryanı yalan danışmaqda ittiham edib: "Sən nə qədər həyasız adamsan Vaqif? Mənim günahım nə idi ki, 14 yaşından şikəst qalmışam? İndi gəlib camaatın üzünə durmusan. Məni sən şikəst etmisən, bu günə qədər də şikəstəm.

Möhtərəm hakim, mənim qisasımı alın bundan, ən ağır cəza verin buna". 

Samir Əli