-
- 24-10-2023, 12:21
- 162
Fələstində xəstəxanalarda ölənlərin sayı artır - SƏBƏB
Fələstin xəstəxanalarında elektrik enerjisinin kəsilməsi səbəbindən xəstələrin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.
News24.az xəbər verir ki, bu barədə “Sondakika.com” məlumat yayıb.
Səhiyyə Nazirliyinin Telegram hesabında qısa açıqlama verən nazirliyin sözçüsü Əşrəf əl-Qudra bildirib ki, Qəzzadakı xəstəxanalarda bütün generatorların dayanması üçün 48 saatdan az vaxt qalıb.
Qudra Qəzzaya yardımların çatdırılma mexanizminin çox yavaş işlədiyini və bunun vəziyyəti dəyişməyəcəyini bildirib.
Açıqlamada elektrik enerjisinin olmaması səbəbindən xəstələrin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilib.
“Qəzzaya yanacaq girişi olmasa, böyük bir fəlakət olacaq” – deyə, o fikirlərini sınlandırıb.
Ülkər Abdurahmanlı