Körpü üzərində dəhşətli qəza 18 AVTOMOBİL, 29 YARALI
    • 11-11-2019, 14:00
    • 786

Körpü üzərində dəhşətli qəza 18 AVTOMOBİL, 29 YARALI

Almaniyanın cənub-qərbində 18 avtomobil genişmiqyaslı qəzaya uğrayıb.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 29 nəfər yaralanıb. Hadisəyə səbəb sürüşkən yolda Mayn çayı üzərindəki körpüdən keçən yük maşınının sürücüsünün idarəetməni itirib və beton səddə çırpılması olub.

Buzlu yol və dumanlı hava səbəbindən digər maşınlar vaxtında əyləcdən istifadə edə bilməyib bir-birinə çırpılıb.

Dörd nəfərin ağır, 25 nəfər yüngül yaralandığı qəzada 49 yaşlı yük maşının sürücüsü xəsarət almayıb. Xəsarət alan nəqliyyat vasitələri arasında üç yanğınsöndürən və iki polis avtomobili var.

Mütəxəssislərin fikrincə, maddi ziyan altı rəqəmli məbləğlə ölçülür.