Moskva Ermənistanın yeni səfirini QƏBUL ETMƏDİ - ŞOK SƏBƏBİ
    • 24-10-2023, 15:04
    • 736

Moskva Ermənistanın yeni səfirini QƏBUL ETMƏDİ - ŞOK SƏBƏBİ

Ermənistan hökuməti Rusiyadakı səfir Vaqarşak Arutyunyanı əvəz etmək qərarına gəlib. Onun yerinə isə Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyanı namizəd kimi təqdim edib.

News24.az xəbər verir ki, bu barədə “Hayeli.am” portalı yazıb.

Qeyd edilir ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan geri çağırılacaq. 

Lakin Rusiya Qurgen Arsenyanın yeni səfir vəzifəsinə namizədliyini rədd edib",- deyə nəşr bildirib.

“Bu gün mətbuat Qurgen Arsenyanın namizədliyinin rədd edildiyini yazıb. Amma çox az adamın bildiyi bir incəlik var. Diplomatik praktikada razılaşmanın rədd edilməsi iki ay ərzində cavab verməmək, başqa sözlə, susmaq şəklində olur. Qurgen Arsenyan məsələsində başqa bir şey baş verdi. Əldə etdiyimiz məlumata görə, Ermənistanın Rusiyadakı səfirliyinin diplomatı Xarici İşlər Nazirliyinə çağırılıb, ondan Nikol Paşinyana və xarici işlər nazirinə bu sözləri çatdırması tapşırılıb: “Rusiya Federasiyası homoseksual siyasətçini Ermənistanın Moskvadakı səfiri kimi qəbul edə bilməz”.

Qurgen Arsenyan da Rusiyaya səfir təyin olunması üçün namizədliyinin irəli sürüldüyünü təsdiqləyib. Lakin Arsenyan namizədliyinin Moskva tərəfindən rədd edilməsi xəbərini təkzib edib. 

Qeyd edək ki, Ermənistanın məşhur biznesmenlərindən hesab olunan Arsenyan bundan əvvəl Rusiya əleyhinə bəyanatlar verib.

Bu arada xatırladaq ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2022-ci ildə LGTB əleyhinə qanun layihəsini təsdiq edən sənədi imzalayıb...

Akqabay