ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib
    • 21-12-2022, 23:56
    • 245

ABŞ Senatı Linn Treysini Rusiyadakı yeni səfir kimi təsdiqləyib

ABŞ Konqresinin Senatı Linn Treysini ölkənin Rusiyadakı səfiri vəzifəsinə təsdiqləyib.

News24.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Treysinin namizədliyini 93 senator dəstəkləyib, iki nəfər isə əleyhinə səs verib. Dinləmələrin sədri “Namizədlik təsdiq edilib”, - deyə bildirib.

Xatırladaq ki, Prezident Cozef Bayden sentyabrda ABŞ-ın Rusiyadakı səfiri vəzifəsinə Treysinin namizədliyini irəli sürüb. Noyabrın sonunda ABŞ Senatının Xarici işlər komitəsində namizədliyinin təsdiqi ilə bağlı keçirilən dinləmədə Treysi Vaşinqtonun Moskvaya qarşı sanksiya kursu ilə razılaşdığını və anti-Rusiya məhdudiyyətlərinin daha da sərtləşdirilməsini dəstəklədiyini bildirib.