Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa QOYULDU
    • 24-10-2023, 17:22
    • 227

Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa QOYULDU

Tanınmış rəssamın Azərbaycandan çıxışına qadağa qoyula bilər.

News24.az lent.az-a istinadən bildirir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi rəssam Azər Əliyev barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib.

Şikayətə səbəb isə A. Əliyevə məxsus "Bakudesigncenter" və "Symbol promo" MMC-lərin dövlətə olan vergi borcları ilə bağlıdır. Vergi borclarının ödənməsi üçün sözügedən baş idarə məhkəməyə iddia qaldırıb və rəssamın ölkədən çıxışına qadağa qoyulmasını xahiş edib.

Qeyd edək ki, qrafik və dizayner Əliyev Azər Seyran oğlu Rəssamlıq Akademiyasının dosentidir. Onun təsisçisi olduğu "Bakudesigncenter" təhsil mərkəzində əsasən peşəkar dizaynerlər hazırlanır.