"Diqlas"da zərərçəkənlər siyahıya alınacaq - VİDEO - YENİLƏNİB
    • 28-03-2019, 12:49
    • 994

"Diqlas"da zərərçəkənlər siyahıya alınacaq - VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin göstərişi ilə martın 26-sı paytaxt Bakının Qara Qarayev prospektində yerləşən "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın sayəsində zərərçəkən sahibkarlara kompensasiya ödəniləcək. 

News24.az
bildirir ki, bununla bağlı hazırda hadisə yerinin yaxınlığında yerləşən "Lotos" Ticarət Mərkəzində sahibkarların qeydiyyatına başlanacaq. 
Zərərçəkənlər 5-5 içəri buraxılaraq, qeydiyyatdan keçəcəklər. Qeydiyyat bitdikdən sonra, dəymiş zərərin hesablanma işləri aparılacaq. 

Hesablama tam bitdikdən sonra sahibkarlara xəbər veriləcək. 



** 11:57
"Diqlas" Ticarət Mərkəzində  baş verən yanğınla əlaqədar olaraq zərərçəkənlər qeydiyyata alınır.

News24.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, zərərçəkən mağaza sahiblərinə dəyən ziyanın hesablanması üçün müvafiq
komissiya yaradılıb. Sahibkarların qeydiyyatı saat 13:00-da "Lotos" Ticarət Mərkəzində başlanacaq.
 
Qeyd edək ki, "Diqlas" TM-da baş verən yanğınla bağlı prezident İlham Əliyev müvafiq tapşırıq verib və hazırda dövlət başçısının tapşırığı icrasına başlanılıb. 

Sevinc YASİNQIZI