"Rusiya məni devirir..." – Paşinyan
    • 25-10-2023, 13:13
    • 394

"Rusiya məni devirir..." – Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsində Rusiyanı nüfuzdan salmağı əmr edib.

News24.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Nəşr Paşinyanın bir aylıq fasilədən sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvləri ilə keçirdiyi qapalı görüşün bəzi təfərrüatlarını əldə edib. Bildirilib ki, Ermənistan hökumətinin rəhbəri partiya üzvləri üçün hazırda əsas məsələnin hakimiyyətin saxlanılması olduğunu diqqətə çatdırıb.

Nəşrin məlumatına görə, Nikol Paşinyan kollegiya iclasında partiya yoldaşlarına rusların hakimiyyəti onun əlindən almaq istədiyini, onu qorumaq üçün sərt və dəqiq addımların atılmalı olduğunu söyləyib.

Qeyd olunub ki, Paşinyan Ermənistan cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb.

“O, çox yaxşı başa düşür ki, hakimiyyətin anti-Rusiya addımları nəticəsiz qala bilməz. Qeyri-sabit xarici siyasət nəticəsində Rusiya artıq Ermənistanı etibarlı tərəfdaş hesab etmir, Ermənistanda hakimiyyət dəyişikliyini istəyir. Paşinyan partiya yoldaşlarına ilk növbədə əsas silahlardan istifadə etməyi, yəni cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb. O, nəyin bahasına olursa olsun, Qarabağın keçmiş “rəhbər”liyini gözdən salmaq istəyir. Əsas hədəf Samvel Şahramanyandır. Lakin Paşinyan bununla məhdudlaşmaq istəmir. O, partiya üzvlərinə Ermənistan ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Rusiyanın köməyi ilə geri qayıtmaq istədiklərini hər yolla bəyan etməyi tapşırıb”, - erməni KİV yazıb.

Nəşr əlavə edib ki, Paşinyan qarşıya qoyulan məqsədlərə çatmaq üçün istənilən resursdan istifadə etməyi və anti-Rusiya tezislərinin bütün platformalarda təbliğ etməyi əmr edib.

Akqabay