Məşhur müğənni Bakıya velosipedlə gəldi
    • 26-10-2023, 00:20
    • 146

Məşhur müğənni Bakıya velosipedlə gəldi

Məşhur özbək opera müğənnisi, “Registan” ansamblının rəhbəri Xursand Şerov Daşkənddən Bakıya yenidən velosipedlə gəlib.

News24.az Kult.az-a istinadən xəbər verir ki, ümumilikdə beş min kilometrdən çox məsafə qət edən əfsanəvi ifaçı bu yürüşünü SSRİ və Azərbaycanın xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr edib.

Qeyd edək ki, bu, Şerovun Özbəkistan və Azərbaycanın bayraqları ilə vətəni Daşkənddən Qazaxıstan, Qırğızıstan və Rusiyadan keçməklə Müslüm Maqomayevin şərəfinə təşkil etdiyi dördüncü veloyürüşdür.

O, Bakıya gələrkən ənənəvi olaraq müxtəlif şəhərlərdə yaradıcılığının vurğunu olduğu Müslüm Maqomayevin repertuarı ilə konsertlər verib.