-
- 26-10-2023, 16:31
- 235
ÜST-dən dəhşətli proqnoz: "Pandemiya an MƏSƏLƏSİDİR"
“Bəşəriyyət keçmişin səhvlərini təkrarlamağa tab gətirə bilməz. Dövlətlər yeni pandemiyaya hazırlaşmalıdırlar”.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
Onun sözlərinə görə, bununla əlaqədar təşkilata üzv dövlətlər pandemiyaya qlobal cavab tədbirləri üçün hüquqi bazanı gücləndirmək üçün yeni Pandemiya Sazişi və Beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər üzrə danışıqlar aparır.
“Növbəti pandemiya an məsələsidir”, - o vurğulayıb.
Qebreyesus Parlamentlərarası İttifaqın üzvlərini gələn il Ümumdünya Səhiyyə Assambleyasına vaxtında yekun vurmaq üçün bu danışıqları dəstəkləməyə çağırıb: “Elə bir nəticə əldə etmək lazımdır ki, biz dünyanı həssas edən köhnə panika və etinasızlıq dövrünə qayıtmağa məcbur olmayaq”.
Ayşən