Muzey Musiqili Teatra təşəkkür etdi

Muzey Musiqili Teatra təşəkkür etdi
MƏDƏNİYYƏT / SİYASƏT

22-09-2018, 16:20

Mətn ölçüsü

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Musiqili Teatra təşəkkür məktubu göndərib. Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir:

"Hörmətli Əliqismət müəllim!
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində sentyabr ayının 12-də SSRİ Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovun yaradıcılığına həsr olunmuş “Tahir Salahov-musiqiçilərin portreti” və 20-də Üzeyir Hacıbəyli X Beynəlxalq musiqi festivalı çərçivəsində SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyi münasibətilə tədbirlər keçirilmişdir. Sizin rəhbərlik etdiyiniz teatrın solistləri - Əməkdar artist Nərgiz Kərimova və solist-vokalist Türkel Tariqpeyma tədbirlərdə yüksək səviyyədə çıxış etmişlər.”

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovanın imzaladığı təşəkkür məktubunda daha sonra qeyd olunur:
"Göstərdiyiniz köməkliyə görə şəxsən Sizə dərin təşəkkürümüzü bildiririk!".