-
- 14-03-2020, 11:56
- 1 221
Akademik Musiqili Teatr DEZİNFEKSİYA EDİLDİ
Akademik Musiqili Teatrda dezinfeksiya işləri aparılır.
Mədəniyyət Nazirliyindən News24.az-a verilən məlumata əsasən, son günlər dünyada pandemiya səviyyəsinə çatan Koronovirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində də yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları tərəfindən zəruri profilaktik tədbirlər həyata keçirilir. Ölkəmizdə fəaliyyət göstərən bir çox idarə və müəssisələr kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında da bu istiqamətdə çox mühüm işlər aparılıb.
Akademik Musiqili Teatrın mətbuat xidmətindən bildirilib ki, virus təhlükəsi ilə bağlı teatrın tamaşa zalları, məşq və qrim otaqları, dəhlizləri, ümumilikdə bütün inzibati binanın hər tərəfi “Bakı Şəhər Dezinfeksiya Stansiyasının Səbail Rayonlararası Bölməsi”nın əməkdaşları tərəfindən dezinfeksiya olunub.