-
- 26-10-2023, 23:32
- 268
İsrailin BMT-dəki nümayəndəsi HƏMAS-ı TƏNQİD ETDİ
“HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil”.
News24.az Report-a istinadən xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasının Fələstin-İsrail üzrə fövqəladə xüsusi sessiyasında çıxışı zamanı deyib.
Səfir çıxışında günahsız İsrail vətəndaşlarının HƏMAS tərəfindən vəhşicəsinə öldürülməsindən və terror hücumu zamanı yaralılara kömək etməyə çalışan israilli təcili yardım qruplarının qəsdən hədəfə alınmasından danışıb:
“HƏMAS yaraqlısının vəhşiliyini təsvir etmək üçün sözlər yetərli deyil. Uşaqlar valideynlərinin gözləri önündə öldürüldülər. Hazırda biri doqquzaylıq olmaqla 30 israilli uşaq HƏMAS tərəfindən girov saxlanılır, onların taleyi bəlli deyil. Təcili yardım maşınları, xəstəxanalar yandırıldı. Əlimdəki fotolara baxın; heç bir qorxu filmində belə bu görüntülər yoxdur. Vəhşi HƏMAS üzvləri günahsız insanlara qarşı soyqırımı etdilər və bu, insanlığa qarşı cinayətdir”.
G.Erdan bildirib ki, İsrailin məqsədi HƏMAS-ın imkanlarını tamamilə aradan qaldırmaqdır və bunu gerçəkləşdirmək üçün səfərbər olacaq:
“Bu, fələstinlilərlə müharibə deyil. İsrail soyqırımçı cihadçı HƏMAS terror təşkilatı ilə müharibədədir. Onlar sülh və dialoqa əhəmiyyət vermirlər. HƏMAS-ın yalnız bir məqsədi var – İsraili məhv etmək və yer üzündəki hər bir yəhudini öldürmək. Onların orijinal nizamnaməsi bunu çox aydın göstərir”.
Səfir BMT üzv dövlətlərin nümayəndələrinə səslənərək münaqişənin həllinə cavabdeh olan beynəlxalq təşkilatlar, xüsusən də BMT fəaliyyətsizliyini diqqətə çatdırıb:
“Təəssüf ki, bu fövqəladə sessiyanın sülhlə heç bir əlaqəsi yoxdur. Niyə BMT Baş Assambleyasının bu sessiyası HƏMAS-ın sonlanması üçün fokuslanmır?”.