Bakıda Türkiyə vətəndaşı qəzada canından oldu
    • 27-10-2023, 09:45
    • 177

Bakıda Türkiyə vətəndaşı qəzada canından oldu

Türkiyə vətəndaşını Bakıda avtomobil vurub.

News24.az Modern.az-a istinadla xəbər verir ki, oktyabrın 26-da saat 22:20 radələrində 1997-ci il təvəllüdlü Tağıyev Məhəmməd Aydın oğlu idarə etdiyi "Mercedes E Class" markalı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 26 ünvanında hərəkətdə olarkən yolu keçən piyada - 1980-ci il təvəllüdlü Türkiyə vətəndaşı Sabit Bildini vurub. O, hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.