Bakıda “Prius” Pakistan vətəndaşını vurub öldürdü
    • 8-02-2023, 09:46
    • 162

Bakıda “Prius” Pakistan vətəndaşını vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, saat 01:35 radələrində Fəxri Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Yasamal rayonu, Salamzadə küçəsində Pakistan vətəndaşı Cahangir Xanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.