Cəbrayılda avtomobil piyadanı vuraraq öldürdü
    • 16-07-2023, 12:38
    • 184

Cəbrayılda avtomobil piyadanı vuraraq öldürdü

Cəbrayıl rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Vüsal Aqil oğlu İbayev idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə Cəbrayıl rayonu, Məzrə kəndindən keçən yolun 84-cü kilometrliyində piyada 1979-cu il təvəllüdlü Nahid Mirhəbib oğlu Ağayevi vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cəbrayıl RPŞ-nin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.