-
- 27-10-2023, 10:10
- 278
ABŞ-dən SEPAH-a zərbə: Bayden əmr etdi
ABŞ prezident Co Baydenin göstərişi ilə Suriyada İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İranyönlü qrupların istifadə etdiyi iki obyektə zərbələr endirib.
News24.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Austin bildirib.
“Prezident Baydenin göstərişi ilə ABŞ qüvvələri Suriyanın qərbində SEPAH və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə özünümüdafiə zərbəsi endirdi”, - deyə Ostin bildirib.
“Reuters”in Pentaqondakı mənbəyə istinadən verdiyi məlumata görə, zərbələr F-16 qırıcıları tərəfindən həyata keçirilib, onların hədəfi silah və sursat anbarları olub. Pentaqon rəsmisinin sözlərinə görə, bütün zərbələr hədəfləri dəqiqliklə vurub.
Ayşən