İrandan təcavüzkar addım: ABŞ ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRDİ
    • 30-08-2023, 14:44
    • 186

İrandan təcavüzkar addım: ABŞ ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRDİ

“Amerika qüvvələri “İnqilab Keşikçiləri” tərəfindən dəstəklənən qrupların hər hansı qeyri-peşəkar və ya təhlükəli davranışlarının qarşısını almaq üçün regiondadır. Son həftələrdə “İnqilab Keşikçiləri Korpusu”nun dəstəklədiyi qrupların ticarət gəmilərinə müdaxilələrinin şahidi oluruq. İranın təcavüzkar davranışları davam edir. Bu səbəbdən də qüvvələrimizi bölgəyə göndərdik”.

 News24.az xəbər verir ki, bunu bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi Sabrina Sinq deyib.

 “İran İslam İnqilabı Keşikçiləri Korpusu”na (SEPAH) bağlı qrupların gəmilərə davam edən təhdidləri səbəbilə ABŞ qüvvələri lazım olduğu müddətdə Bəsrə körfəzində qalacaq”, - Penaqon rəsmisi vurğulayıb.

Avqustun sonunda ABŞ bölgəyə əlavə döyüş gəmiləri, F-35 qırıcıları və 3 minlik canlı qüvvə göndərib.

Ayşən