Keçmiş baş nazir vəfat etdi - FOTO
    • 27-10-2023, 13:00
    • 140

Keçmiş baş nazir vəfat etdi - FOTO

2013-2023-cü illərdə Çinin baş naziri olmuş Li Keçyan 68 yaşında ürək tutmasından dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Li ötən gecə Şanxayda istirahət edərkən infarkt keçirib. Müdaxilələrə baxmayaraq xilas ola bilməyən Li dünyasını dəyişib.

Baş nazir olduğu müddətdə Li iqtisadiyyatın gündəlik idarə olunmasına və özəl sektorun təşviqi, struktur islahatları və fövqəladə iqtisadi tədbirlərin həyata keçirilməsinə rəhbərlik edib.

Qeyd edək ki, Keçmiş Baş nazirin siyasi nüfuzu, xüsusən də son səlahiyyət müddətində prezident Si Cinpinin artan gücü və Çin siyasətində tək adam mövqeyi ilə kölgədə qalıb.

Ülkər Abdurahmanlı