ABŞ və İran müharibə ASTANASINDA - SEPAH-ın obyektləri VURULDU
    • 27-10-2023, 11:48
    • 506

ABŞ və İran müharibə ASTANASINDA - SEPAH-ın obyektləri VURULDU

ABŞ silahlı qüvvələri prezident Co Baydenin göstərişi ilə Suriyada İrana aid iki obyektə zərbələr endirib. 

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin məlumat verib.

“Prezident Baydenin əmri ilə ABŞ qüvvələri Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və əlaqəli qruplar tərəfindən istifadə edilən iki obyektə özünümüdafiə zərbələri endirib. Özünümüdafiə məqsədilə bu dəqiq zərbələr oktyabrın 17-dən bəri İraq və Suriyada Amerika personalına qarşı İrana bağlı yaraqlıların ardıcıl və böyük ölçüdə uğursuz hücumlarına cavabdır. Bayden ABŞ-nin bu cür hücumlara dözməyəcəyinə və özünü, vətəndaşlarını və maraqlarını müdafiə edəcəyinə dair açıq bir mesaj göndərməyi əmr etdi”, - Pentaqon rəhbəri qeyd edib.

Akqabay