Bu uşaqları kişilər doğur? - Komitə sədrindən ETİRAZ
    • 27-10-2023, 13:17
    • 601

Bu uşaqları kişilər doğur? - Komitə sədrindən ETİRAZ

"Hansısa QHT BMT-yə alternativ report kimi yazıb göndəriblər ki, bizdə guya 70 faiz qadınlar sterilizasiyadan keçirilir. Bunu deyəndə ağıl yoxdur”.

News24.az Modern.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Ail, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmədə deyib. 

"Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirləri üzə çıxarırlar. Avropada son dövrlərə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrasiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib. Bunlara nəzər yetirmək lazımdır”, - o deyib.