ABŞ narahatdır:
    • 27-10-2023, 13:25
    • 81

ABŞ narahatdır: " Zəifliyimizi göstərmək vaxtı deyil"

“Narahatlığımız budur ki, indi dünya səhnəsində zəifliyimizi göstərmək vaxtı deyil. Təhlükəli dövrlərdir, dünya barıt çəlləyi kimidir”.

News24.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının yeni sədri Mayk Conson deyib.

O bildirib ki, prezident Co Baydenin yaşı ABŞ üçün təhlükədir.

“Məncə, çoxumuz belə düşünürük”, - spiker Baydenin zehni qabiliyyətində zəifləmə və bunu ABŞ üçün təhlükə olaraq görüb-görmədiyi sualına cavab verib.

 Ayşən