Baş redaktor məhkəməyə ÇAĞIRILDI
    • 27-10-2023, 14:35
    • 243

Baş redaktor məhkəməyə ÇAĞIRILDI

İranın "Şərq" qəzetinin baş redaktoru Mehdi Rəhmaniyan məhkəməyə çağırılıb. 

News24.az xəbər verir ki, bu barədə qəzetin İran Məhkəmə Sistemi məlumat yayıb.

Baş redaktorun məhkəməyə çağırılmasına səbəb "Şərq" qəzetində "İffət və hicab" qanun layihəsi və əhalinin hicabın əleyhinə olması ilə bağlı məlumatın yayılması olub.

Qəzet məcburi hicab qaydalarının tətbiqi ilə bağlı sorğu keçirib və sorğunun nəticələrinə görə, müxtəlif təbəqə və yaş qrupundan olan respondentlərin əksəriyyəti məcburi hicab qaydalarına qarşı olduqlarını bildiriblər. 12.300 nəfər arasında keçirilən sorğuda iştirak edənlərin 84,2%-i hökumətin hicabla bağlı qanun layihəsinin əleyhinə səs verib.

Qeyd edək ki, baş redaktor Mehdi Rəhmaniyan bundan əvvəl 2018-ci ildə də Məşhəd şəhərində qadınların cinsi istismara məruz qalmaları ilə bağlı yaydığı məlumata görə həbs edilmişdi.

Aynurə