Mişel:
    • 27-10-2023, 18:36
    • 196

Mişel: "Cənubi Qafqazda buna QƏRARLIYIQ"

“Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında danışıqlarda vasitəçilik səylərini davam etdirəcək”. 

News24.az xəbər verir ki, bu barədə Brüsseldə Aİ sammitindən sonra keçirilən mətbuat konfransında Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

Mişel bildirib ki, Aİ sammitində Avropa liderləri Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və qeyd ediblər ki, Avropa İttifaqı vasitəçilik rolunu davam etdirmək niyyətindədir.

“Biz Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdik. Ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması prinsiplərinə əsaslanan Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına töhfə vermək üçün vasitəçi kimi çıxış etməyə davam etməkdə qərarlıyıq”, - Mişel bildirib.

Ayşən