Zaxarovadan sərt sözlər:
    • 27-10-2023, 18:46
    • 268

Zaxarovadan sərt sözlər: "irqçi, təkəbbürlü..."

“Böyük Britaniya çox irqçi bir ölkədir”.

News24.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Belə ki, o, BMT analitiklərinin Böyük Britaniyada Afrika əsilli insanların vəziyyəti ilə bağlı hesabatını şərh edib. Sənəd Beynəlxalq İnsan Hüquqları Təşkilatı Şurasının saytında dərc olunub.

"Böyük Britaniya dərin irqçi, dərin misantropist, təkəbbürlü bir ada ölkəsidir, heç vaxt öz müstəmləkəçiliyini pisləməyib, müxtəlif şovinist hərəkatlara, o cümlədən nasizmə uzun müddət simpatiyası ilə tanınan bir ailə tərəfindən idarə olunur", - Zaxarova bildirib.

Diplomatın sözlərinə görə, Böyük Britaniyada institusional irqçilik cəmiyyətin demək olar ki, bütün sahələrində kök salıb: “Bu, əsasən səhiyyə, iqtisadiyyat, ədliyyə, təhsil və iş təcrübələrinə aiddir”.

Ayşən