Qazaxıstanda matəm elan edildi
    • 28-10-2023, 12:45
    • 222

Qazaxıstanda matəm elan edildi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev oktyabrın 29-u Karaqanda mədənində baş vermiş hadisə nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edib.

News24.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, bu gün, oktyabrın 28-də Qaraqanda vilayətində “ArcelorMittal Temirtau” şirkətinin Kostenko adına şaxtasında 21 nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, qəza zamanı mədəndə 252 nəfər olub, 205 şaxtaçı təxliyə edilib. Hadisəyə səbəb kimi şaxtada baş verən metan qazının partlaması olduğu bildirilir.

Qumral