Tokayev partlayış baş verən əraziyə gəldi
    • 28-10-2023, 12:39
    • 242

Tokayev partlayış baş verən əraziyə gəldi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kostenko mədənində partlayış baş verən Karaqanda vilayətinə gəlib. 

News24.az xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti rəsmi Telegram kanalında məlumat verib.

“Dövlət başçısı Qasım-Jomart Tokayev qəzanın səbəblərini aydınlaşdırmaq və müvafiq tədbirlər görmək üçün faciə baş verən əraziyə Karaqanda vilayətinə gəlib”, - prezident nümayəndələri bildiriblər.

Tokayev bildirib ki, qəzanın səbəbləri aydınlaşdırılacaq, şaxtaçıların və müəssisə işçilərinin ailələrinin xilas edilməsi üçün lazımi köməklik göstəriləcək.

Aynurə